Xəbərlər

Malayziya itmiş təyyarəsini hələ də axtaracaq
06 mart, 2015 16:05

ANS PRESS-ə istinadən xəbər verir ki, Malayziyanın Nəqliyyat Nazirliyi "Boeing 777" təyyarəsinin yoxa çıxmasının ildönümü ərəfəsində laynerin axtarışlarını davam etdirməyə söz verib.

Nazir Liou Tionq Lay Boeing 777 təyyarəsinin axtarışlarının dayandırılması məsələsinin müzakirə mövzusu olmadığını və axtarış əməliyyatlarının azı may ayınadək davam edəcəyini deyib. “Bundan sonra da laynerin izinin tapılmayacağı təqdirdə, ekspertlərin qərarına əsasən hərəkət etmək lazım gələcək” – deyə nazir əlavə edib.

Malaysia Airlines şirkətinin başçısı Əhməd Cahari Yəhya da öz növbəsində gözlənilən struktur və rəhbər dəyişikliklərinə baxmayaraq, kompaniyanın yoxa çıxmış təyyarənin ekipaj üzvləri və sərnişinlərinin ailələrinə yardımdan imtina etməyəcəyini bildirib.

Bu gün bəlli olub ki, МН370 reysi ilə uçan təyyarənin itməsindən sonra Malayziya Hava Yolları şirkətinə məxsus bəzi təyyarələrdə hər 15 dəqiqədən bir koordinatlar, sürət və uçuş istiqaməti barədə hesabat göndərən sistem quraşdırılıb.

Qeyd edək ki, 2014-cü il martın 8-nə keçən gecə göyərtəsində 227 sərnişin və 12 heyət üzvünün olduğu Boeing 777 təyyarəsi Kuala-Lumpurdan Pekinə uçarkən radarlardan itib. Axtarışların indiyədək davam etməsinə baxmayaraq, hələ ki, təyyarənin izini tapmaq mümkün olmayıb. 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.