M.Əhmədoğlu bu gün keçirdiyi ənənəvi brifinqdə Mərkəzi Bankın manatın məzənnəsinin dəyişdirilməsinə yönəlik qərarını mövcud şəraitdə ən doğru addım kimi qiymətləndirib:
“Bilirsiniz ki, milli valyutanın məzənnəsinin sabit qalması həm siyasi, həm də iqtisadi məsələdir.
O baxımdan, uzun müddət sabit məzənnədə saxlanılmış Azərbaycan manatı üzərində müəyyən təzyiqlər yarandı.
Qlobal iqtisadi proseslər, neftin dünya bazarında qiymətinin aşağı düşməsi, əlbəttə ki, manata da təsirsiz ötüşmürdü.
Buna görə də, Mərkəzi Bankın devalvasiya ilə bağlı məlum qərarı indiki şəraitdə atılmış ən doğru addımdır.
Bəlkə bunu tədricən də həyata keçirmək olardı, amma inanın ki, bu, daha düzgün qərardır.
Həmin prosesin baş verdiyi Qazaxıstanın valyutası təngə görün, nə vəziyyətə düşdü… Türkmənistanda elə bir vəziyyət yarandı ki, o ölkə sosial güzəştləri ləğv etməli oldu.
Bu addım həm də idarəolunan kapitalizmin təşəkkülünə yol açdı. Baxın, insanları ayda1800-2000 maaş alan ölkələrə... Onlar çox qazanıb, çox da xərcləyirlər.
Bizdə belə olacaq – vətəndaşlar çox qazanıb, çox xərcləyəcəklər. O üzdən, devalvasiya ilə bağlı verilmiş qərar müsbət qiymətləndirilməlidir”.