Xəbərlər

Azərbaycan “İTB Berlin” beynəlxalq turizm sərgisində uğurla təmsil olunur
06 mart, 2015 15:57
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyevin başçılıq etdiyi rəsmi nümayəndə heyətinə  Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərindən ibarət rəqs heyəti, eləcə də Bakı Turizm İnformasiya Mərkəzi, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Konqreslər Bürosu, 13 yerli turizm şirkəti və 3 mehmanxananın nümayəndələri ilə daxildir.
 
Sərgidə 104 m²-lik ölkə stendində Azərbaycanın turizm potensialıni nümayiş etdirməklə yanaşı, zəngin mədəniyyəti də təbliğ olunur.
 
Mart ayının 5-də “İTB Berlin” sərgisində Azərbaycanın milli stendində tədbir keçirilib. “İTB Berlin” sərgisində iştirak edən turizm şirkətlərinin nümayəndələri, beynəlxalq turizm sənayesinin təmsilçiləri, turizm sahəsi üzrə ekspertlər və mətbuat nümayəndələrinin qatıldığı tədbirdə ölkəmizin turizm imkanları haqqında təqdimat edilib.
 
Azərbaycanın AFR-dəki fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov tədbirdə çıxış edərək ölkəmizdə turizm infrastrukturunun inkişafına yönələn fəaliyyətdən, “İTB Berlin” sərgisi ilə uğurlu əməkdaşlıqdan, Azərbaycanın yaxınlarda Bakı 2015 1-ci Avropa Oyunları kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi edəcəyindən danışıb. 
 
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri rəqs proqramı ilə çıxış edib. Çıxışlardan sonra tədbirdə iştirak edən 25-dək beynəlxalq turizm şirkətinin nümayəndələri Azərbaycan stendində təmsil olunan şirkətlərinin təmsilçiləri ilə biznes görüşləri üçün bir araya gəlib, əməkdaşlıq imkanlarını müzakirə ediblər.
 
Tədbir iştirakçıları Azərbaycan mətbəxinin nümunələrinə qonaq edilib.
 
“İTB” beynəlxalq turizm sərgisi hər il ənənəvi olaraq “Messe Berlin” sərgi kompleksində, 160 min m² təşkil edən ərazidə və 26 sərgi zalında təşkil olunur. Bu ilki sərgidə 180 ölkədən 10 mindən artıq iştirakçı təmsil olunub.
 
Ölkəmiz “İTB Berlin” beynəlxalq turizm sərgisində 2002-ci ildən etibarən hər il təmsil olunur. “İTB” beynəlxalq turizm sərgisində iştirak Azərbaycanın turizm potensialının Almaniya və dünya turizm bazarında tanıdılması baxımından çox faydalıdır. Azərbaycan təmsilçilərinin sərgidəki fəaliyyəti, turizm şirkətlərinin qurduğu əlaqələr və qarşılıqlı turist mübadiləsinə dair imzaladığı müqavilələr Azərbaycana Almaniyadan və dünyanın digər ölkələrindən gələn turist sayının artmasına töhfə vermiş olur.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.