Xəbərlər

İlham Əliyev Polşanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
28 fevral, 2015 18:46
AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, səfir Marek Tsalka fəxri qarovul dəstəsinin qarşısından keçdi.
 
Marek Tsalka etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
 
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
 
Ölkələrimiz və xalqlarımız arasında münasibətlərin qədim tarixə malik olduğunu vurğulayan dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. 
 
Polşa Prezidenti Bronislav Komorovski ilə Bakıda və müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin əhəmiyyətini vurğuladı.
 
Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, humanitar, beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı çərçivəsində əməkdaşlığın və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyən dövlətimizin başçısı Polşa şirkətlərinin ölkəmizdə, Azərbaycan şirkətlərinin isə Polşada həyata keçirilən birgə layihələrdə daha fəal iştirak etmələrinin önəmini qeyd etdi.
 
Səfir Marek Tsalka ayrı-ayrı nümayəndə heyətlərinin tərkibində Azərbaycana müxtəlif vaxtlarda səfər etdiyini vurğuladı. O, diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini dedi.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.