Eldar Mansurov 1952-ci il fevralın 28-də Bakıda İçərişəhərdə musiqiçi ailəsində anadan olub. 1968-1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfində, 1974-1979-cu illərdə isə Konservatoriyanın bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb.
“Yeddi gözəl” rok-operası, “Kleopatra” və “Olimp” rok-baletləri, 5 simfoniya, “Mahur-hindi” simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir. 1983 və 1987-ci illərdə Səmərqənd şəhərində keçirilən Beynəlxalq simpoziumda muğamların tarixi üzrə məruzələrlə çıxış edib.
1981-ci ildən SSRİ, sonralar isə Azərbaycan Bəstəkarlar İttifaqının, 1999-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə əməkdar incəsənət xadimi, 2012-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. 2012-ci il fevral ayının 21-dən prezident təqaüdçüsüdür. 2007-2012-ci illərdə Bəstəkarlar İttifaqının katibi vəzifəsində işləyib.
Bəstəkarın 1989-cu ildə yazdığı “Bayatılar” kompozisiyası Türkmənistan, Rusiya, Türkiyə, Yunanıstan, Almaniya, İtaliya, İspaniya, Fransa, Rumıniya, Bosniya, Xorvatiya, ABŞ, İngiltərə, İsveç, Kanada, Braziliya, ərəb ölkələrində ifa olunub.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı