ABŞ və Rusiya prezidentləri müxalifətçi Boris Nemtsovun qətlə yetirilməsini pisləyiblər
28 fevral, 2015 18:40
"Biz Rusiyanı tez, qərəzsiz və şəffaf istintaq aparmağa və günahkarları ədalət qarşısına çıxarmağa çağırırıq", - deyə, ABŞ Milli Təhlükəsizlik Şurasının məlumatında bildirilir.
Gün.Az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin mərhumun ailəsinə başsağlığı verib, ölkənin istintaq komitəsinin, DİN və FTX rəhbərlərinə istintaqı şəxsi nəzarət altında saxlamağı tapşırıb.
Putin Həm də bildirib ki, Nemtsovun qətlə yetirilməsi "siyasi provokasiyadır".