FİFA tarixi qərarı açıqladı: dünya çempionatı qışda olacaq
25 fevral, 2015 14:40
Adətən dünya çempionatları yay aylarında keçirilsə də, Qətərdə yay aylarında havaların həddindən artıq isti olmasına görə təqvimdə dəyişiklik edilib. Noyabr-dekabr aylarında Qətərdə havalar daha mülayim olduğu üçün dünya çempionatının da məhz həmin aylarda keçirilməsi qərarlaşdırılıb.
Dünya çempionatının təqvimində dəyişiklik edildiyi üçün 2022-ci ildə bir sıra ölkə çempionatlarının futbol təqvimi də mundiala görə uyğunlaşdırılacaq. Həmin il çempionatların başlanğıc və bitmə tarixlərini nizamlamaq üçün FİFA-nın yaxın gələcəkdə qərar verməsi gözlənilir.