Xəbərlər

“Zoluşka” dünya premyerasından öncə “28 Cinema”da göstəriləcək
25 fevral, 2015 14:39

Dramaturq Yevgeni Şvartsın Şarl Perronun məşhur nağılının motivləri əsasında yazdığı pyesin kino variantı xeyirxahlıq və pislik, dostluq, məhəbbət, sədaqət kimi əbədi dəyərlərdən, habelə möcüzələrə inamdan bəhs edir.

Hər dəfə müxtəlif kampaniyaları və tədbirləri ilə seçilən “28 Cinema” kinoteatrı bu dəfə də ənənəsindən geri qalmayıb.

Gün.Az xəbər verir ki, martın 5-də kinoteatrda dünya premyerasından bir gün öncə “Zoluşka” filminin nümayişi olacaq.

Daha sonra, yəni martın 6-da isə filmin böyük ekranlarda nümayişinə başlanılacaq.

Kennet Bran da bu filmi öz rejissor yozumunda təqdim edib. Onun yenidən ekran nəfəsi verdiyi “Zoluşka”da əsas rolu Lili Ceyms oynayır. Filmdə, həmçinin tamaşaçılara “Game of Thrones” serialından məlum olan Riçard Medden (şahzadə), qəzəbli ögey ana rolunda Keyt Blanşet və “Disney” studiyası ilə üçüncü birgə işi olan, tamaşaçıların sevimlisi Helena Bonem Karter (xaç-pərisi) iştirak edirlər.

“Zoluşka” – Şarl Perronun və “Qrimm” qardaşlarının redaksiyası ilə məşhur olmuş ənənəvi Qərbi Avropa nağılıdır, lakin müxtəlif təfsir və variasiyaları dünya xalqlarının folklorunda öz əksini tapıb. Bu əhvalat xaç-pərisinin köməyi ilə kral balına düşən, şahzadəyə vurulan, macəralar yaşayan və nəticədə ona ərə gedən kasıb, yetim qız haqqındadır. Nağıl dəfələrlə ekranlaşdırılmışdı, onun əsasında tamaşalar və müzikllər qoyulmuşdu.

Ən məşhur multiplikasiya variantlarından biri “Disney” kompaniyasına (1950) məxsusdur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.