Musiqili Teatrda qarlı havada 5 tamaşa
25 fevral, 2015 14:38
Maraqlı məqamlardan biri də odur ki, “Qısqanc ürəklər”, “Kimdir müqəssir”, www.ferzeli-kef.com, “Qırmızı papaq” və “Mən dəyərəm min cavana” adlı bu tamaşaların nümayişi Bakı üçün çox soyuq günlərə təsadüf etsə də, teatrda əsl bayram əhval-ruhiyyəsi olub.
Teatrın direktor müavini Hüseyn Hüseynov bildirib ki, tamaşaçı fəallığı həmişəkindən cüzi fərqlənsə də, bu, aktyorları ruhdan salmayıb. Soyuq hava şəraitinə baxmayaraq, tamaşaçıların göstərdiyi bu isti münasibət, qarlı-çovğunlu havada tamaşa izləmək istəkləri aktyorlarda da yüksək əhval-ruhiyyəyə səbəb olub.