Xəbərlər

Leyla Abdullayeva: “Qanunda bütün tibbi əməliyyatların videoçəkilişlərinin aparılması üçün məcburi göstəriş olmalıdır”
25 fevral, 2015 14:38
Nəticədə insanlar ciddi riskə məruz qalırlar. Bəzən sağlamlıqlarına böyük zərər vurulur. Hətta ölüm hallarına da rast gəlinir. Nəticədə xəstələr və onların yaxınlarıyla klinika arasında mübahisələr məhkəməyə qədər gedib çıxır.
 
Gün.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) deputatı Leyla Abdullayeva deyib.
 
O hesab edir ki, bu baxımdan, həm xəstələrin sağlamlıq hüququnu və keyfiyyətli tibbi yardım hüququnu təmin etmək, həm həkimlərin məsuliyyətini artırmaq, həm gələcəkdə baş verəcək neqativ hallardan sığortalanmaq, həm də iş məhkəməyə qədər gəlib çıxacağı təqdirdə, həqiqətin obyektiv araşdırılması üçün qanunvericilikdə bütün keçirilən əməliyyatların videoçəkilişlərinin aparılması üçün məcburi göstərişin olması haqda bir müddəa əks etdirilməlidir.
 
“Azərbaycan  ərazisində olan bütün tibbi müəssisələr keçirdikləri əməliyyatların videoçəkilişini həyata keçirsinlər. Buna nəzarət isə Səhiyyə Nazirliyinə tapşırıla bilərdi. Nəticədə hər əməliyyatdan sonra 3 nüsxədə videomaterial alınardı ki, bunun biri Nazirliyə, biri klinikaya, biri isə pasiyentə verilərdi. Düzdür, indi də belə təcrübə bəzi klinikalarda var, amma bu, məcburi deyil və klinikalar bunu etməyə də bilər”.
 
Millət vəkili qeyd edib ki, bu addım hər şeydən öncə preventiv-qabaqlayıcı xarakter daşıyaraq, tibb işçilərinin məsuliyyət hissini xeyli artırardı.
 
“Bəzi ölkələrdə bu təcrübə artıq var. Bəzi ölkələrdə bu pasiyentə bir hüquq kimi verilirsə, bəzilərində klinikalara məcburi göstəriş halında nəzərdə tutulur. Bizdə də bu variantlardan biri nəzərə alına bilərdi”.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.