Xəbərlər

Ərzaq məhsulları istehsal edən müəssisələr: “Qiymətlər qaldırılmayıb”
25 fevral, 2015 14:33

Əhali arasında ərzaq məhsullarının bahalaşacağından narahatlıq yaranıb.

Ajiotajdan istifadə edən bəzi işbazlar süni qiymət artımı da ediblər.

Biz də bahalaşmanın olub-olmamasını müəyyənləşdirmək üçün ərzaq məhsulları istehsalı ilə məşğul olan müəssisələrə müraciət etdik.

Azərbaycanın ən böyük qida məhsulları istehsalçısı “Azersun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin rəhbəri Afiq Səfərov Gün.Az-a bildirib ki, hal-hazırda yerli istehsal məhsullarında qiymət artırılması ilə bağlı qərarımız yoxdur.

“Azərsun Holdinq” tərəfindən bir neçə gündür müzakirələr aparılır. Dövlət qurumları ilə də əməkdaşlıq mühitində çalışırıq. Bizim məhsullarda qiymət dəyişikliyi yoxdur. Qiymətlərin artırılması ilə bağlı qərar verilməyib”-deyə, o qeyd edib.

Bakı və Abşeronu toyuq əti məhsulları ilə təmin edən müəssisələrdən olan “Səba toyuqları” müəssisəsinin ictimaiyyətlə əlaqələr üzrə məsləhətçisi Afət Yaqubova da bildirib ki, hal-hazırda “ məhsullarda  qiymətlər olduğu kimi qalmaqdadır.

O həmçinin əlavə edib ki, bəzi marketlər “Səba” məhsullarının qiymətini qaldırıblar. “Bunun bizə aidiyyatı yoxdur. Onlar bizim məhsulu bizdən həmişəki qiymətlə alırlar. Biz qiymətdə hər hansı dəyişiklik etməmişik”, - o əlavə edib.

Bununla belə, A.Yaqubova xaricdən alınan avadanlıqlardan istifadə olunduğuna görə, gələcəkdə bazarın tələbindən asılı olaraq qiymət artımının olacağını istisna etməyib.

Ölkənin ən iri un istehsalçılarından olan “Karat Holdinq”in  baş direktoru Saleh Qasımov bildirib ki, indi və yaxın gələcəkdə unun bahalaşmasından söhbət gedə bilməz.

O qeyd edib ki, qiymət artımı ehtimalı ilə bağlı əhalinin narahatçılığına heç bir əsas yoxdur:  “Hər hansı  bir spekulyasiya, qiymət oynatmaqdan söhbət gedə bilməz. Bizim fikrimizcə, unun qiyməti sabit olacaq. Üstəlik, unun satışında da heç bir məhdudiyyət olmayacaq”.

Qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyi süni qiymət artımı edənlərə qarşı ciddi tədbirlər görür. Bu gün Nazirliyin yaydığı açıqlamada qeyd olunub ki, unun qiymətindəki artımın qarşısı alınıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.