Xəbərlər

Əli Abbasov iranlı nazirlə görüşüb
23 fevral, 2015 20:02

Əli Abbasov bildirib ki, son dövrlər İran ilə Azərbaycan arasındakı əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin prezidentləri siyasi iradə nümayiş etdirərək münasibətlərin inkişaf etdirilməsi istiqamətində siyasi istiqamət müəyyənləşdiriblər. Rəsmi Bakı bütün sahələr üzrə İranla yaxın əlaqələr qurmaqda maraqlıdır.

Qeyd olunub ki, Azərbaycanda informasiya texnologiyaları özünün inkişaf mərhələsini yaşayır. Bu inkişafın nəticəsidir ki, Azərbaycan innovasiya sahəsində Avropa ölkələri və Yaponiya ilə birgə layihələr həyata keçirir, texnologiya parkları yaradır. Azərbaycan dövləti belə layihələri yaxın dost ölkə olan İranla da reallaşdırmaq istəyir. Çünki yeni texnologiyalar sahəsində birgə layihələrin həyata keçirilməsi iqtisadiyyatın inkişafına və əhalinin rifah halının yüksəldilməsinə xidmət edir.

Nazir nəzərə çatdırıb ki, elm sahəsində iki ölkə arasındakı əlaqələrin genişləndirilməsi həm rəsmi Bakının, həm də Tehranın maraqlarına uyğundur. İranın Təbriz universiteti ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələri mövcuddur. Digər ali təhsil ocaqlarının, xüsusilə də texniki təhsil verən universitetlərin əlaqə yaratmaları vacibdir. Azərbaycan hökuməti bu istiqamətdə İranla əməkdaşlıq etməyə hazırdır.

Əli Abbasov Azərbaycanda yeni texno-parkların salındığını bildirib və bu yeniliklərlə tanış olmaq və əlaqələri daha da əhatəli etmək üçün Məhəmməd Fərhadini Azərbaycana dəvət edib.

İranın elmlər, tədqiqat və texnologiya naziri Məhəmməd Fərhadi Qoşulmama hərəkatının iclasında iştirak etmək üçün rəsmi Tehranın dəvətini qəbul etdiyinə görə Əli Abbasova təşəkkür edərək bildirib ki, İran ilə Azərbaycan dost ölkələrdir və elm sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi yalnız müsbət nəticələr verə bilər. İranda da yeni texnologiyalar inkişaf etdirilir. Hazırda İrandakı tibb müəssisələrində nano-texnologiyalardan istifadə edilərək insanlar müayinə və müalicə olunur. Bu sahədə Azərbaycanla təcrübə mübadiləsinin aparılması tərəflər üçün faydalı olar. Ölkəsinin informasiya-kommunikasiya texnologiyaları haqqında məlumat verən iranlı nazir dəvətə görə minnətdarlıq edib və yaxın gələcəkdə Bakıya səfər edəcəyini bildirib.

Görüşdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov iştirak edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.