"Qarabağ"dan "Neftçi"yə mesaj: İstənilən hakimlə əvəz edin!
18 fevral, 2015 15:16
"Qarabağ" futbol klubu Əliyar Ağayevin 2 tur öncə idarə etdiyi "Neftçi" - "Simurq" qarşılaşmasından sonra idarəçiliklə bağlı yaranmış narazılıq və bugün "Neftçi" - "Qarabağ" görüşünün təyinatlarından sonra yaranmış ajiotajı nəzərə alaraq "Neftçi" PFK-ya müraciət edib:
"Neftçi" - "Qarabağ" matçına təyinatlar açıqlandıqdan sonra Əliyar Ağayevlə bağlı yaranmış söz-söhbəti nəzərə alaraq Əliyar Ağayevin istənilən hakimlə əvəz olunmasını təklif edirik."