Xəbərlər

“Bakı-2015” I Avropa Oyunları Əməliyyat Komitəsinin rəsmiləri “AzərTAc”da olub
19 fevral, 2015 15:15

Görüşdə baş direktor Aslan Aslanov “AzərTAc”ın keçdiyi inkişaf yolu, dövlət siyasətinin informasiya təminatında rolu, agentliyin son illərdə əldə etdiyi uğurlar, beynəlxalq əlaqələri, xüsusən dünyanın nüfuzlu xəbər agentlikləri alyanslarının rəhbər heyətində təmsil olunması haqqında qonaqlara ətraflı məlumat verib.

Diqqətə çatdırılıb ki, 95 illik yubileyini qeyd etməyə hazırlaşan “AzərTAc” 2016-2019-cu illərdə media sahəsində iki nüfuzlu quruma - Dünya Xəbər Agentlikləri Konqresinə, eləcə də Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) sədrlik edəcək.

Ölkələr və xalqlar arasında münasibətlərin qurulmasında və inkişafında mədəniyyət, idman və digər tədbirlərin əhəmiyyətini vurğulayan baş direktor son illər Azərbaycanın mühüm beynəlxalq tədbirlərin, o cümlədən mötəbər idman yarışlarının təşkilatçısı olduğunu qeyd edib. Bu tədbirlərin yüksək səviyyədə işıqlandırılmasında AzərTAc-ın daim fəal iştirak etdiyi vurğulanıb.

Görüşdə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsi böyük tarixi hadisə kimi dəyərləndirilib, bu mühüm idman tədbirinin təşkilinin Azərbaycana həvalə edilməsinin ölkəmizdə idman sahəsində qazanılan nailiyyətlərə verilən yüksək qiymət olduğu diqqətə çatdırılıb.

Azərbaycanın yeganə rəsmi informasiya qurumu - “AzərTAc”la əməkdaşlıqdan məmnunluğunu dilə gətirən Uilyam Lui-Mari agentliyin 7 dildə xəbər yayımlamasının mötəbər idman tədbirləri, xüsusən birinci Avropa Oyunları ilə bağlı informasiyaların bütün dünyaya çatdırılmasında mühüm rol oynayacağını bildirib.

Ceyn Pirs bir çox Olimpiya Oyunlarına hazırlıq işlərində qazandığı böyük təcrübəyə əsaslanaraq, yarışların işıqlandırılmasında “AzərTAc”ın yaxından iştirakının vacibliyini qeyd edib.

Söhbət zamanı “AzərTAc”la “Bakı-2015” I Avropa Oyunları Əməliyyat Komitəsi arasında əməkdaşlığın genişləndirilməsi, birgə fəaliyyət barədə müvafiq sənədin imzalanması, hazırlıq prosesində bir sıra tədbirlərin keçirilməsi, yarışların geniş işıqlandırılmasında iştirak və digər məsələlər müzakirə olunub.

”AzərTAc”ın baş direktoru qonaqları agentliyin 95 illik yubiley tədbirlərində iştiraka dəvət edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.