Leyla və Arzu Əliyevalar Londonda ikinci Beynəlxalq "Buta" Azərbaycan İncəsənəti Festivalı çərçivəsində keçirilən sərgidə
18 fevral, 2015 15:13
Londonda ikinci Beynəlxalq "Buta" Azərbaycan İncəsənəti Festivalı çərçivəsində keçirilən sərginin açılış mərasimində Heydər Əliyev fondunun vitse-preizdenti Leyla Əliyeva, Arzu Əliyeva, "Buta" İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev, eləcə də incəsənət mütəxəssisi Fərəh Piriyeva və digər qonaqlar iştirak ediblər.
Sərgi ayın 19-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycan incəsənət tarixində müasir istiqamətin banisi kimi tanınan Cavad Mircavadov 1923-cü ildə Bakıda anadan olub. 1949-54-cü illərdə Sankt-Peterburqda yaşayıb, Dövlət Ermitajında fəhlə kimi çalışıb. Onun ilk rəngkarlıq əsəri 1967-ci ilə aid edilir. Cavad Mircavadovun yaradıcılığı formaca müasirliyə, məzmunca milli incəsənətin ənənələrinə əsaslanır.
Rəssam 1992-ci il iyunun 24-də Kopenhagen-Moskva qatarında vəfat edib.