Xəbərlər

Türkiyədə daha bir dəhşət: ər arvadını doğrayaraq zibil qutusuna atıb
19 fevral, 2015 15:08

“Sabah” qəzetinə istinadən xəbər verir ki, şizofreniyadan əziyyət çəkən 43 yaşlı Tahir adlı şəxs 17 illik həyat yoldaşı, 42 yaşlı Kübranın itkin düşməsi barədə Çəngəlköy Polis İdarəsinə gedərək məlumat verib.

Məsələnin araşdırılması üçün Tahirin qardaşı da ifadəsi alınması üçün idarəyə çağırılıb. O, ifadəsində qardaşının ruhi xəstəliyi olduğunu və 11 ildir ki, şizofreniyaya görə müalicə aldığını söyləyib. O deyib ki, Tahir zaman-zaman həyat yoldaşının itkin düşməsi barədə şikayətlər edib.

Tahir daha sonra qardaşı ilə polis idarəsindən ayrılaraq evə gedib.

Evin hamamında qan izləri görən Tahirin qardaşı onu yenidən polis idarəsinə aparıb və evdə gördüyü mənzərəni polislərə danışıb.

Daha sonra Tahir yenidən sorğu-sual edilib və həqiqət üzə çıxıb. Tahir ifadəsində 16 fevral axşam saatlarında evdə çay içərkən gərginlik keçirdiyini və özünü itirərək mətbəxdən götürdüyü bıçaqla həyat yoldaşını bıçaqla öldürdüyünü bildirib.

Tahir həyat yoldaşını öldürdükdən sonra onu hissələrə ayırdığını və çöldə zibil qutusuna atdığını da etiraf edib. Amma o həyat yoldaşının bədəninin hissələrini harada zibil qutusuna atdığını xatırlamayıb.

Bu ifadədən sonra polis Çəngəlköydə geniş araşdırmalara başlayıb. Axtarışlardan sonra Kübranın cəsədinin hissələri zibil qutusunda deyil, zibil maşının arxasından tapılıb.

Cinayəti törədən Tahir həbs edilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.