İstanbul hava limanında reyslər bərpa edilib
19 fevral, 2015 15:08
ANS PRESS-ə istinadən xəbər verir ki, İstanbula güclü qar yağdığına görə uçuşlar təxirə salınmışdı.
Türk Hava Yolları Şirkəti buna görə fevralın 18-19-a nəzərdə tutulan 200 reysi təxirə salmışdı.
Həmçinin qara görə ictimai nəqliyyatın hərəkətində fasilələr yaranıb.
Bundan başqa çovğuna görə Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb.
Son məlumatlara görə, Türkiyədə yağan qarın hündürlüyü 60 santimetri keçtib.