May ayında Küveyt-Azərbaycan hökumətlərarası komissiyanın iclası keçiriləcək
18 fevral, 2015 15:07
Bu barədə Gün.Az-a müsahibəsində Küveyt Dövlətinin Azərbaycandakı səfiri Səud Əbdüləziz əl-Rumi deyib.
Onun sözlərinə görə, iclasda iki ölkə arasında əməkdaşlığın geniş spektrini əhatə edən məsələlər müzakirə olunacaq.
Diplomat komissiyanın sonuncu iclasının iki il əvvəl Bakıda keçirildiyini qeyd edib.
Xatırladaq ki, hökumətlərarası komissiyaya Azərbaycan və Küveytin xarici işlər nazirləri sədrlik edir.