Xəbərlər

Azərbaycan və Albaniya xüsusi işçi qrup yaradırlar
18 fevral, 2015 15:05

SOCAR-ın saytına istinadən məlumat verir ki, 2014-cü il dekabrın 19-da Azərbaycan və Albaniya arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq keçirilən tədbirdə Avropa Komissiyasının, Enerji Cəmiyyəti Katibliyinin, Transadriatik Boru Kəməri (TAP) və BP şirkətlərinin, Qərbi Balkan İnvestisiya Çərçivəsi Təşkilatı (WBIF) və milli şirkətlərin yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

Albaniyanın energetika və sənaye naziri Damian Qjiknuri Azərbaycanın "Cənub Qaz Dəhlizi"nin inkişafında fəal rolunu və Albaniyanın qazlaşdırılması üzrə baş planın həyata keçirilməsində SOCAR-ın dəstəyini yüksək qiymətləndirib, layihənin ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinə, Albaniyada qaz şəbəkəsinin yaradılması ilə Balkan regionunda qaz şəbəkəsinin genişləndirilməsinə və bununla da Albaniyanın firavanlığına mühüm töfhə verəcəyini bildirib.

SOCAR prezidentinin müşaviri Murad Heydərov "Cənub Qaz Dəhlizi" layihəsinin Cənub-Şərqi Avropada və Balkan yarımadasında həyata keçirilməsində Albaniyanın mühüm rol oynadığını qeyd edib, Azərbaycan hökumətinin bu ölkənin qaz bazarının inkişafına öz töhfəsini vermək niyyətində olduğunu bildiribr. O, Azərbaycan və Albaniya hökumətlərinin alternativ qaz mənbələrini və Azərbaycandan Adriatik dənizi və Cənub-Şərqi Avropa istiqamətində nəqliyyat marşrutlarını təmin edən TAP və digər layihələr üzrə yaxından əməkdaşlıq etdiklərini vurğulayıb.

Görüşün sonunda Albaniyanın qazlaşdırılması üzrə baş planının texniki-iqtisadi əsaslandırılmasının həyata keçirilməsi məqsədilə xüsusi işçi qrupun yaradılması barədə razılığa gəlinib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.