Bu gün Bakı-İstanbul reyslərinin hamısı təxirə salınıb
19 fevral, 2015 14:57
Türkiyə mətbuatına istinadən xəbər verir ki, reyslərin təxirə salınması İstanbuldakı güclü qarla bağlıdır.
Bakı reysi ilə yanaşı, 355 daxili və xarici reys təxirə salınıb.
Türk Hava Yolları İdarə heyətinin sədri Hamdi Topçu reyslərin təxirə salınmasına görə üzr istəyib.
Atatürk Hava Limanından bildirilib ki, təxirə salınan avireyslərin 6500-ə yaxın sərnişini otellərdə yerləşdirilib.
15 minə yaxın sərnişinə isə hava limanı daxilində xidmət göstərilir.