Azərbaycan iqtisadiyyatı 4,4 faiz artıb
13 fevral, 2015 23:36
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qeyri-neft sektorunda 5,5 faiz, neft-qaz istehsalı və emalı sahələrində isə 3,1 faiz artım qeydə alınıb.
Yanvar ayında ÜDM-in 34,0 faizi sənayedə, 10,6 faizi tikintidə, 10,3 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 2,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 2,4 faizi informasiya və rabitə xidmətlərində, 19,8 faizi sosial və digər xidmətlər sahəsində istehsal edilib, məhsula və idxala xalis vergilər ÜDM-in 10,0 faizini təşkil edib.