İlham Əliyev Yunanıstanın məhsuldar istehsal, ətraf mühit və enerji nazirini qəbul edib
12 fevral, 2015 20:39
AzərTAc-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Yunanıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın yaxşı səviyyədə olduğu bildirildi. Ölkələrimiz arasında mövcud olan tarixi əlaqələrin ikitərəfli münasibətlərimizin genişləndirilməsi üçün yaxşı imkan yaratdığı qeyd olundu.
Söhbət zamanı həyata keçirilən qlobal enerji layihələrinin ölkələrin bir-birinə daha da yaxınlaşması və inkişafı baxımından önəmi vurğulandı.