Xəbərlər

Bakıda “Misir dünən və bu gün” kitabı təqdim olunub
12 fevral, 2015 20:37
Misir Mədəniyyət Mərkəzinin müdiri azərbaycanşünas alim Dr. Ahmed Sami Abdelfettah Elaydy qədim tarixi köklərə malik olan iki ölkənin əlaqələrinin gündən-günə inkişafından danışıb.
 
O deyib ki, bu əlaqələr təkcə siyasi, iqtisadi sahələrlə məhdudlaşmır, eyni zamanda mədəniyyət sahəsini də əhatə edir.
 
 “Misir 1991-ci il dekabr ayının 26-da Azərbaycanın dövlət müstəqilliyini rəsmən tanıyan ilk ölkələrdən biri olub. Ötən iyirmi il ərzində Misirlə Azərbaycan arasında mədəniyyət əlaqələri birgə əməkdaşlığın möhkəmləndirilməsində və hər iki ölkənin xalqları arasında qarşılıqlı anlaşmada mühüm rol oynayıb.
 
Ölkələr arasındakı əlaqələr yalnız siyasi və iqtisadi sahədə deyil, mədəniyyət və təhsil sahəsini də əhatə edir. Bütün bu sahələr hər iki ölkənin, xalqların bir-birini yaxından tanımağa, tarixini öyrənməyə fürsət yaradır”.
 
Elaydy bildirib ki, məhz Misir Mədəniyyət Mərkəzinin fəaliyyət istiqamətlərindən biri də elmi konfranslar, müsabiqələr keçirərək Misiri daha yaxından tanıtmaqdan ibarətdir. O, bir sıra planların olması barədə məlumat verib. Mart ayında Misir xalq yaradıcılığından bəhs edən sərginin keçiriləcəyini vurğulayıb. Misirə aid milli geyimlər, bəzək əşyaları, balıq qulaqları ilə bəzədilmiş lövhələr, gildən və misdən düzəlmiş qablar və Misir mədəniyyətini əks etdirən digər əşyalar nümayiş olunacağı nəzərdə tutulub. Bu cür tədbirlər Misir mədəniyyəti və tarixi ilə maraqlanan hər kəs üçün əyani bir vəsait hesab olunur.
 
Bu gün Azərbaycanda bir çox sahələrdə gənclərin fəallığını qeyd edən mərkəz rəhbəri, bunun Azərbaycan prezidentinin gəncləri dəstəkləməsinin nəticəsi olduğunu vurğulayıb. 
 
Gənc tarixçi Çinarə Nağıyevanın müəllifi olduğu, öz təşəbbüsü ilə böyük həvəslə yazdığı “Misir dünən və bu gün” adlı kitabın təqdimatında iştirak edən ziyalılar kitab haqda öz təəssüratlarını bildirdilər və gənc yazara uğurlar arzuladılar. Sonra tədbir iştirakçıları Misir tarixinə aid gənc rəssamların əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.