Xəbərlər

Ədliyyə Akademiyası vəkillərə təlim keçir
12 fevral, 2015 20:35

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Gün.Az-a verilən xəbərə görə, Azərbaycanda ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının təşviqinə dair aparılan məqsədyönlü islahatlar çərçivəsində Ədliyyə Akademiyası tərəfindən Avropa Şurası ilə birgə insan hüquqları ilə bağlı vəkillərin və hüquq müdafiəçilərinin bacarıqlarının artırılmasına dair birgə iki illik layihə həyata keçirilir.

Həmin layihə çərçivəsində Bakı və Gəncə şəhərlərində ayrı-seçkiliyin qadağan olunması baxımından İnsan Hüquqları üzrə Avropa Konvensiyasının ayrı-ayrı müddəalarına, xüsusilə, mülkiyyətin müdafiəsi, şəxsi həyata və ailə həyatına hörmət hüquqlarının qorunmasına həsr olunmuş təlimlər keçirilib.

Bu cür fundamental hüquqlara dair keçirilmiş treninqlərdə 60-a yaxın vəkil və hüquq müdafiəçisi iştirak edib. Hüquqşünaslar Konvensiyanın müvafiq maddələrinin şərhi, aidiyyəti presedent hüququ və məhkəmə təcrübəsi, məhkəmə və digər mövcud müdafiə vasitələri, habelə qabaqcıl beynəlxalq təcrübə ilə tanış olublar.

İştirakçılar bu bilgilərin vəkillərin peşəkarlıqlarının artırılmasına və vətəndaşların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edəcəyini qeyd ediblər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.