Arif Əsgərov "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri vəzifəsindən azad edildi
09 fevral, 2015 13:08
AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə A.Əsgərov Azərbaycan nəqliyyat nazirinin müavini təyin edilib.
Həmçinin, Prezident İlham Əliyev Cavid Qəmbər oğlu Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının bir başqa sərəncamı ilə C.Qurbanov “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.