Əfsanəvi futbolçu FİFA prezidentliyinə namizəd oldu
10 fevral, 2015 13:02
Aprelin 29-da İsveçrənin Sürix şəhərində FİFA-nın konqresində qurumun növbəti prezident seçkisi keçiriləcək.
Yeni seçkilərdə 4 nəfərin namizədliyi təsdiqlənib. 1998-ci ildə FİFA-ya rəhbərlik edən Yozef Blatter yenə öz namizədliyini irəli sürüb.
Digər namizədlər isə “Qızıl top” mükafatına layiq görülmüş keçmiş futbolçu Luiş Fiqu, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn və Niderlandın Kral futbol ittifaqının başçısı Mixael van Praaqdır.