Oyun “Simurq”un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Zaqatala təmsilçisinin heyətində Draqan Çeran dubl edib.
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk yaxşı oyun nümayiş etdirə bilmədiklərini vurğulayaraq deyib: “Komandamız ardıcıl ikinci dəfə məğlub olur. İkinci hissədə yaxşı oynadıq. Düşünürəm ki, ardıcıl iki oyunda məğlubiyyət normaldır. Hədəflərimiz yüksəkdir. Bu yolda çətinliklərimiz olacaq. Komandamız ruhdan düşməməlidir”.
“Simurq”un baş məşqçisi George Çixradze isə oyunla bağlı fikrini bölüşərkən bildirib: “Çox vacib üç xal qazandıq. Bu oyuna yaxşı hazırlaşmışdıq. Sonadək mübarizə apardıq. Avroliqa üçün mübarizə aparırıqsa, belə oyunlarda qalib gəlməliyik. İlk hissədə daha yaxşı oynadıq. İkinci hissədə isə hesabı qorumağa çalışdıq. Bütün hallarda 3 xal qazanmaq sevindiricidir. Bu oyunu unudub, qarşıdakı matçlara hazırlaşmalıyıq”.