"Azərbaycan mətbəxi" qalib oldu
09 fevral, 2015 12:50
Böyük Britaniyanın "Saqi Books" nəşriyyat evinin Tahir Əmiraslanov və Leyla Rəhmanovanın köməyi ilə hazırlanan "Azərbaycan mətbəxi" kitabı "Ən yaxşı Şərqi Avropa kitabı" və "Ən yaxşı yemək kitabı" kateqoriyasında "Dünya Qurman Yemək Kitabı - 2014" mükafatını qazanıb.
Gün.Az xəbər verir ki, bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Yüzdən artıq dadlı yemək resepti ilə zəngin olan Azərbaycan mətbəxi bölgənin ekzotik və müxtəlif ləziz dadları üçün əla başlanğıc hesab olunur.
Qeyd edək ki, əsası 1983-cü ildə Londonda qoyulan "Saqi Books" nəşriyyat evi Şimali Afrika və Yaxın Şərqdə akademik və müxtəlif maraqlara uyğun keyfiyyətli kitablar nəşr edir.