Xəbərlər

Tahir Rzayev: “Bələdiyyə qulluqçularının etik davranışları qanunla tənzimlənəcək”
09 fevral, 2015 12:48
Onun sözlərinə görə, yerli özünüidarə orqanlarının nüfuzunun artırılması, vətəndaşların bələdiyyə qulluqçularına etimadının yüksəldilməsi bu qanunun əsas məqsədidir. 
 
O deyib ki, bələdiyyə üzvlərinin peşəkarlığının və fərdi məsuliyyətinin artırılması üçün layihədə tapşırıqların yerinə yetirilməsi, loyallıq, mədəni davranış, qərəzsizlik, korrupsiyanın qarşısının alınması kimi məsələlər öz əksini tapıb, həmçinin hədiyyə qəbuletmə ilə əlaqədar məhdudiyyətlər ehtiva olunub.
    
“Bir sözlə, Azərbaycanda bələdiyyə qulluqçularının etik davranışları qanunla tənzimlənəcək. Qanunda bildirilir ki, bələdiyyə qulluqçusunun xidməti davranışı bu qanunla müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır. Qanunun 5.2 bəndinə əsasən bələdiyyə qulluqçusu bələdiyyə qulluğu ilə bağlı vəzifələrin icrasına uyğun olmayan və onun adına xələl gətirə biləcək, habelə yerli özünüidarə orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.
 
Həmçinin, bələdiyyə qulluqçusunun insanların, hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlar və hərəkətlər etməsi qanunla qadağan edilir. Bundan başqa, qanunda vurğulanır ki, bələdiyyə qulluqçusu bütün şəxslərlə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyindəki şəxslərlə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır. Etik davranış qaydalarını pozan bələdiyyə qulluqçuları isə intizam məsuliyyətinə cəlb olunacaq”.
 
T.Rzayev həmçinin qeyd edib ki, “Bələdiyyə qulluğu haqqında” qanuna təklif olunan dəyişikliklərə görə isə vətəndaşların bələdiyyə qulluğuna qəbul edilməsi qaydaları dəyişdiriləcək.
 
 Belə ki, qanunun 5-ci maddəsinin ikinci hissəsində “bələdiyyənin sədri birbaşa təyin edir” sözləri “bələdiyyənin müsabiqə komissiyasının qiymətləndirməsinin nəticəsinə uyğun olaraq bələdiyyənin sədri təyin edir” sözləri ilə əvəz ediləcək:
 
“İndiyə qədər bələdiyyə qulluğuna işçiləri bələdiyyənin sədri qəbul edirdi. Hazırkı təklifə görə, bələdiyyənin müsabiqə komissiyası yaradılır və bu seçki komissiyasının müsbət qərarı olandan sonra bələdiyyə sədri o şəxsləri bələdiyyə qulluqçusu kimi işə götürə bilər.
 
Hesab edirəm ki, bələdiyyə qanunvericiliyinə təklif edilən bu dəyişikliklər yerli özünüidarəetmə orqanlarında şəffaflığın təmin edilməsi və bələdiyyələrlə cəmiyyət arasında daha sıx münasibətin yaranmasına səbəb olacaq”.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.