Azərbaycan ilə Bolqarıstan arasında hərbi sahədə əməkdaşlıq genişlənir
10 fevral, 2015 12:48
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Gün.Az-a verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında müxtəlif istiqamətlərdə münasibətlərin uğurla inkişaf etdiyindən, o cümlədən hərbi sahədə də əməkdaşlığın genişləndirilməsindən məmnunluq ifadə olunub.
Müdafiə naziri qonaqlara regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib.
Sonra ölkələrimiz arasında ikitərəfli münasibətlərə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Görüşdə Bolqarıstan Respublikasının ölkəmizdəki səfiri xanım Maya Hristova iştirak edib.