Xəbərlər

Gennadi Züqanov Heydər Əliyev Mərkəzində olub
10 fevral, 2015 12:47

xəbər verir ki, Gennadi Züqanova dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiqinə yönəlib. Bundan başqa, Mərkəz Azərbaycan xalqının tarixi, dili, mədəniyyəti və digər milli sərvətlərinin beynəlxalq arenada populyarlaşmasına və təbliğinə, elmin dəstəklənməsi və inkişafına, təhsilə, mədəniyyətə, səhiyyəyə, idmana, ekologiyaya və iqtisadiyyatın müxtəlif sahələrinə xidmət edən layihələr həyata keçirir.

Qeyd olunub ki, dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında tikilmiş Mərkəz dünya memarlığı siyahısına daxil edilib. Burada rəsmi qəbulların, beynəlxalq konfransların, iclasların və digər tədbirlərin keçirilməsi üçün bütün şərait yaradılıb.

Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi qonaqlarda böyük maraq oyadıb.

Diqqətə çatdırılıb ki, muzey ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ərəfəsində açılıb. Muzeyin “Fotolarda əks olunmuş həyat”, “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçilik, irs və nailiyyətlər” bölmələrində Ulu Öndərin həm sovet dövründə, həm də müstəqillik illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim olunur. Materiallar hər mövzu üzrə Azərbaycan və ingilis dillərində olmaqla səsli formatda təqdim edilir.

Nümayəndə heyətinin üzvləri Mərkəzdə həmçinin “Azərbaycan inciləri” sərgisi ilə tanış olublar. Məlumat verilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətlərini, çoxəsrlik tarixini, mədəni irsini əks etdirən nadir eksponatlar nümayiş olunur. Sərgidə qədim sənətlərin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri yer alıb, mis məmulatlar xüsusi maraq doğurur. Azərbaycanın qədim musiqi alətləri orijinal formada – səsli təqdim olunur. Azərbaycanın milli geyimlərinin, qədim sikkələrinin nümayiş olunduğu ekspozisiyada qonaqların diqqətinə müxtəlif dillərdə müqəddəs kitablar da çatdırılıb.

Qonaqlar Mərkəzin “Auditorium” zalı ilə də tanış olublar.

Gennadi Züqanov Mərkəzin Xatirə kitabına ürək sözlərini yazıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.