Millət vəkili şəhid Fərid Ağayevin qəbrini ziyarət etdi
11 fevral, 2015 12:47
“Fevral ayının 5-də axşam saatlarında erməni silahlı bölmələri ilə atışmada xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin əsgəri Fərid Ağayev Rüfət oğlu şəhid olub”, - deyə, qeyd edən A.Mirzəzadə bildirib ki, F.Ağayev 1994-cü ildə Mingəçevirdə anadan olub, 2003-cü ildə ailəsi Bakıya köçür və Fərid Xəzər rayonundan hərbi xidmətə çağrılıb.
“Ancaq valideynləri və babası onun Mingəçevirdə, Şəhidlər xiyabanında dəfn etməyi qərara alırlar.
Bu gün, 10 fevralda Mingəçevirdə olarkən onun qəbrini ziyarət etdim, allahdan ona rəhmət dilədim.
O, həmişə qəlbimizdə yaşayacaq”, - deyə, A. Mirzəzadə daha sonra qeyd edib.