Xəbərlər

Uşaqları 20 il əvvəl dəyişik düşən ailələr iki milyon avro alıblar
10 fevral, 2015 12:43

AzərTAc-a istinadən xəbər verir ki, ailələr əvvəlcə tibb işçilərindən 12 milyon avro tələb ediblər. Lakin hakimiyyət orqanları bu məbləği altı dəfə azaltmağı qərara alıblar.

Manon və Melani adlı qız uşaqları 1994-cü ildə doğulublar. Manon 10 yaşına çatanda atası qızın ona əsla oxşamadığını görüb genetik ekspertiza aparılmasında israr edib. DNK analizi təsdiqləyib ki, həmin kişi uşağın bioloji atası deyil. Həkimlər, həmçinin onun xanımının da Manonun bioloji anası olmadığını müəyyənləşdiriblər.

Şoka düşmüş ər-arvad məsələnin nə yerdə olduğunu anlayaraq qızın həqiqi valideynlərini axtarmağa başlayıblar. Belə məlum olub ki, o vaxt həkimlər doğuşdan sonra fizioloji sarılığa yoluxmuş iki qızı və bir oğlanı eyni boksa qoyublar. Bu zaman qızlar dəyişik düşüb.

Bundan xəbər tutan valideynlər Melani adlı qızın ailəsini tapa biliblər. Beləliklə, Melani doğulduqdan yalnız 10 il sonra əsl valideynləri ilə tanış olub.

Baş verən mənzərəni aydınlaşdıran ailələr Kann klinikasının iki mama-ginekoloquna, iki pediatr və tibb bacısına qarşı məhkəmə iddiası qaldırıblar. Manonun ailəsi kompensasiya qismində 5,4 milyon, Melaninin ailəsi isə 6,9 milyon avro istəyib. Amma məhkəmə bu məbləği həddən artıq çox hesab edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.