Fazil Məmmədov: “Vergi daxilolmalarından yarana biləcək problemlər minimuma endiriləcək”
10 fevral, 2015 12:38
“Dünyada baş verən proseslər, xüsusən də yaxın tərəfdaş ölkələrdə baş verən proseslər Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycandan da yan ötməyəcək.
Amma Azərbaycan Prezidentinin apardığı iqtisadi siyasət bu təsirləri minimuma endirmiş olacaq. Vergi daxil olmalarından yarana biləcək problemlər də bütün hallarda minimuma endiriləcək.
Bu barədə həm Prezidentin iqtisadi siyasət proqramı var, həm də Vergilər Nazirliyinin qarşısına qoyduğu mühüm məsələlər var. Həmin plan əsasında Nazirlik 2015-ci ildə fəaliyyətini davam etdirəcək”, - nazir əlavə edib.