"İnter" və "Qarabağ" qalib gəldi
07 fevral, 2015 20:30
Qol.Az-a istinadən xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.
Lider “Qarabağ” öz meydanında autsayder “Bakı”nı qəbul edib. Ağdam təmsilçisi matçın aşkar favoriti hesab olunurdu. Qurban Qurbanovun komandası rəqibinə 4:1 hesabı ilə qalib gəlib.
Digər görüş Lənkəranda baş tutub. Burada “Xəzər Lənkəran” “İnter”i qəbul edib. Səfərdə 2:1 hesabı ilə qalib gələn "İnter" turnir cədvəlinin ikinci pilləsindəki mövqeyini möhkəmləndirib.