Bu gün “Cəhd” qısametrajlı bədii filmin qala gecəsi olacaq
05 fevral, 2015 20:29
Filmin redaktoru Namiq Qurban birlik.az saytına bildirib ki, 24 dəqiqəlik sürrial janrda olan bədii film azərbaycanlı gəncin, yeniyetmənin hidayət hekayəsini ehtiva edir. Filmdə vətənpərvərlik, intizar fəlsəfəsi, Kərbəla şəhadətinin mahiyyəti, “Ana” mövzusu əsas süjet xətlərindəndir.
Qeyd edək ki, filmin rejissoru və ssenaristi Mahir Dərvişin filmləri hər zaman tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılanıb.