Xəbərlər

Məlahət Abbasova: “Binbir gece”dəki Mehriban obrazının ailəsini Qarabağ müharibəsində itirməsi Argentinada yaşayan erməniləri o qədər çox narahat edib ki...”
05 fevral, 2015 20:28

Buna səbəb isə serialda Mehriban adlı azərbaycanlı qadın obrazının ermənilərin Qarabağda törətdikləri vəhşilikləri danışması olub.

Hətta orada fəaliyyət göstərən yerli erməni icması serialın yayımının gülünc səbəblərlə dayandırılması ilə bağlı imzatoplama kampaniyasına başlamışdı. İcmanın mətbuat mərkəzi bu barədə bəyanat da yaymışdı. Bəyanatda deyilirdi ki, bu serialın populyarlığından həyasızca istifadə edərək 100-cü ildönümünü qeyd etməyə hazırlandığımız “soyqırımı”nın təsirini neytrallaşdırmağa çalışırlar. XX əsrin ilk “soyqırımı”ndan məsul olan Türk dövləti inkarçı siyasətini davam etdirir”.

“Canal-13” məsələ ilə bağlı serialda Mehriban rolunu canlandıran Məlahət Abbasovanın münasibətini öyrənib. Aktrisa bu haqda özünün “Facebook” profilində yazıb:

“Serialda oynadığım Mehribanın faciəvi həyatı, onun bütün ailə üzvlərini Qarabağ müharibəsində itirməsi, torpaqlarımızın işğalçılar tərəfindən ələ keçirilməsi, ulu öndərimiz Heydər Əliyevin serialın bir bölümündə Qarabağla bağlı söylədikləri Argentinada yaşayan erməniləri o qədər narahat edib ki... “Binbir gece” serialının və bundan sonra da Argentinada nümayiş olunan digər türk serialının yayından qaldırılmasına qarşı etiraz aksiyası keçiriblər. Okeanın o tayındakı ölkələrdə Qarabağ faciəsini anladan Mehriban rolunun nə qədər mühüm olduğunu bir daha dərk etdim. 

Müsahibədə mənə “Mehriban niyə bu qədər duyğusaldır?”, - deyə soruşdular. Cavab verdim ki, çünki Mehriban qarabağlıdır. Mən də qarabağlıyam. Mehriban bütün ailə üzvlərini Qarabağ müharibəsində itirib. Mənim anamgilin də yaşadıqları torpaqlar ermənilər tərəfindən işğal edilib. Bibim oğlu şəhid olub. Torpaqlarının 20 faizi erməni işğalı altında olan qadının üzü gülməz. Dünyanın 35-dən çox ölkəsində nümayiş olunan “Binbir gece” serialı sayəsində yaşanan Qarabağ faciəsinin daha da işıqlandırılmasında əməyi olan hər kəsə - başda “TMC” şirkəti olmaqla, bütün yaradıcı heyətə, ssenarist Yıldız Tunca, rejissor Kudret Sabanciya bir daha təşəkkür edirəm”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.