Xəbərlər

Xalq artisti Əlibaba Məmmədovun 85 illik yubileyi geniş konsert proqramı ilə qeyd olunub
06 fevral, 2015 20:28

Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək Əlibaba Məmmədovun sənət dünyasından, Azərbaycan muğamının tədrisi, təbliği istiqamətindəki bənzərsiz fəaliyyətindən söz açıb.

Bildirilib ki, xalq musiqisinin incəliklərini, klassik Azərbaycan poeziyasını gözəl bilən və öz orijinal ifa üslubu ilə milli musiqi xəzinəmizi zənginləşdirən Əlibaba Məmmədovun xidmətləri əvəzsizdir.

Bu müqtədir sənətkarın ifasında lentə alınmış “Bayatı-Şiraz”, “Çahargah”, “Dəşti”, “Rahab”, “Şur” kimi muğamlar və onlarca başqa xalq mahnıları, təsniflər radionun “qızıl fond”unda saxlanılır.

Əlibaba Məmmədov xanəndələrin repertuarından bu gün də düşməyən 100-dən çox mahnı və təsnif yaradıb. O, uzun illərdir ki, gənc nəslə muğam və xalq mahnılarımızın incəliklərini məhəbbətlə öyrədir.

Qeyd edilib ki, Azərbaycanın, bütün türk dünyasının çox sevilən sənətçisi olan Əlibaba Məmmədov hələ gənclik illərində oxuduğu “Simayi-Şəms” ritmik muğamı, “Şur” dəstgahı, “Çahargah” muğamı dinləyicilərin qəlbini fəth edib. Ustadı Seyid Şuşinskidən aldığı dərslər ömrü boyu yaddaşından silinməyib. Oxuduğu hər bir muğama, xalq mahnısına öz möhürünü vuran Əlibaba Məmmədov milli musiqimizin təbliğində, inkişafında, tədrisində böyük rol oynayıb.

Vurğulanıb ki, Azərbaycan muğam sənətinin qorunmasına və inkişafına xüsusi diqqət və qayğı göstərən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə sənətkarın 85 illik yubileyi münasibətilə xanəndənin həyat və yaradıcılığına həsr olunmuş yeni musiqi albomu nəşr edilib.

Gecədə gənc xanəndələrin ifasında Əlibaba Məmmədovun müəllifi olduğu mahnılar səsləndirilib.

Sonda bütün iştirakçılara minnətdarlığını bildirən böyük sənətkar bundan sonra da Azərbaycan musiqisinin inkişafı naminə səylərini səfərbər edəcəyini bildirib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.