Tikintidə qiymətlər bahalaşıb
06 fevral, 2015 20:14
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, rüb ərzində yerüstü tikililər bölməsində 0,3 faiz, yol və körpü tikintisində isə 0,2 faiz bahalaşma müşahidə edilib.
Ötən ilin IV rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər əvvəlki rüblə müqayisədə eyni səviyyədə qalıb, sosial təyinatlı binaların və istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər isə 0,8 faiz bahalaşıb.
Sosial təyinatlı binalardan inzibati binaların tikintisi üzrə qiymətlər 0,4 faiz, ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlər isə 0,8 faiz bahalaşıb.
İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlərdə 0,8 faiz bahalaşma müşahidə olunub.