“Yuğ” Teatrında İlyas Əfəndiyevin “Unudulmaz Əfəndi” tamaşası nümayiş olunub
02 fevral, 2015 00:15
Təqdim olunan bir bölümlü tamaşanın quruluşçu rejissoru əməkdar artist Vidadi Həsənov, rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımov, rejissor assistenti Vüqar Hacıyevdir.
Səhnə əsərində rolları əməkdar artistlər Vidadi Həsənov, Sonaxanım Mikayılova, aktyorlar Amid Qasımov, Könül Cəfərzadə və Vüqar Hacıyev canlandırıblar.
Tamaşanın ideya yükü bir daha göstərir ki, məhəbbət ümidsiz vəziyyətdən belə çıxış yoludur.
Tamaşa böyük maraqla qarşılanıb.