Aktrisa Gün.Az-a açıqlamasında bildirib ki, fevralın 2-də palataya yazılıb:
“Şükür Allaha, hazırda özümü çox yaxşı hiss edirəm. Həkimlər deyirlər ki, az danışım. Çox hərəkət etmək də olmaz. Xəstəliyimlə əlaqədar revmatizma və əsəb məni bir az narahat edir. Sonra necə olacağımı bilmirəm, amma hazırda özümü yaxşı hiss edirəm. Dünən xəstəxanada məni reanimasiyadan palataya yazmışdılar. Həkimlərə dedim ki, palata mənlik deyil. Havada olmaq istəyirəm. Hazırda rəfiqəmin Maştağadakı bağ evində istirahər edirəm. Həkim nəzarəti altındayam. Dərman və iynələrimi vaxtlı-vaxtında qəbul edirəm. Bu günümə də şükür. Dərmanların hamısı hökumət tərəfindən ödənilir. Əlimi bir dəfə də olsun əlimi cibimə salmamışam”.
Xatırladaq ki, xalq artisti Nuriyyə Əhmədova 23 yanvara keçən gecə saat 03 radələrində beyin-qan dövranı pozğunluğu diaqnozu ilə Əjdər Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.