Bu məqsədlə forumun Əlaqələndirmə Şurasının təlimçi olaraq hazırlanmış uşaqları tərəfindən Bakı şəhərinin Sabunçu rayonu üzrə “Uşaq hüquqları: hüquqlarımızı bilək və paylaşaq” mövzusunda təlim kursu keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Gün.Az-a verilən xəbərə görə, təlim kursunda xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakına da diqqət ayrılıb. Təlimlər uşaqlar tərəfindən qrup müzakirələri şəklində aparılıb. Tədbirlər Bakı şəhərinin hər bir rayonu üzrə davam etdiriləcək.
Qeyd edək ki, ötən ilin noyabr ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və UNICEF-in Azərbaycan nümayəndəliyinin dəstəyi ilə Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumu keçirilib. Forumda uşaqların iştirakı ilə Azərbaycanın bütün şəhər və rayonlarını əhatə etməklə Əlaqələndirmə Şurası yaradılıb. Şura uşaqlar arasında birgə və səmərəli işin aparılmasının təmin edilməsi, həmçinin uşaqların iştirakı ilə onları maraqlandıran mövzularda təlimlərin təşkil olunması məqsədi ilə yaradılıb.