Milli parkda yanğın olub
02 fevral, 2015 00:10
Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Quba rayonu, Alıcdigah kəndində “Şahdağ” Milli parkının dağlıq ərazisində 4 ha sahədə kol-kos və xəzəl yanıb.
Parkın ərazisində meşə sahəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.