Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri davam edir
03 fevral, 2015 00:09
Müdafiə naziri general-polkovnik Zakir Həsənov irimiqyaslı təlimlərin səhra şəraitində yaradılmış əsas komanda məntəqəsində olub. Nazir təlim bölgəsində müşavirə keçirib.
Gün.Az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müşavirədə təlimlərə cəlb olunan hərbi birləşmə və hissələrin komandir və rəis heyətinin təlimlərdə fəaliyyətləri, planları və qəbul etdikləri qərarlarla bağlı məruzələri dinlənilib.
Müşavirədə çıxış edən müdafiə naziri təlimlərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışaraq müvafiq tapşırıq və göstərişlər verib.