Terrorçulardan bezən hökumət müəllimlərə də silah təlimi keçməyə başladı
03 fevral, 2015 00:00
“Shafaqna”ya istinadən xəbər verir ki, ötən ay Talibanın bir məktəbə hücum edərək 150 şagird və müəllimi öldürməsindən sonra Pakistan hökuməti qeyri-adi addım atıb.
Belə ki, orta məktəblərdə təhlükəsizliyin təmin olunması işindən artıq müəllimlər özləri cavabdeh olacaqlar. Bunun üçün onlara hərbçilər tərəfindən silahla rəftar etmək qaydaları öyrədilməyə başlanılıb.
Məlumata görə, silah təlimlərinə qadın müəllimələr daha çox maraq göstərib. Artıq 11 qadın müəllimə məktəbə silahla gəlməyə başlayıb.
Təlimlər davam etdirilir.