Tarif Şurasının statusunun dəyişdirilməsi təklif olunur
02 fevral, 2015 23:56
“Hesab edirəm ki, Tarif Şurasının statusu qanunla müəyyənləşməlidir. Şuranın üzvləri nazir müavinlərindən ibarətdir. Məncə, Şurada balanslaşma olmalıdır, Orada Milli Məclisin üzvləri, Mətbuat Şurasının üzvləri, QHT nümayəndələri də təmsil olunmalıdır”.
Millət vəkili, həmçinin qiymətləri dövlət tərəfindən müəyyənləşən məhsulların sayına da yenidən baxılmağa ehtiyac olduğunu qeyd edib.