Xəbərlər

Nuriyyə Əhmədovanın vəziyyəti ağırlaşıb
28 yanvar, 2015 23:02
Maya xanım ANS Press-ə açıqlamasında bildirib ki, Nuriyyə xanımın təzyiqi anidən yüksəlib. Həkimlərin müdaxiləsi ilə aktrisanın səhhətindəki problem aradan qaldırılıb. Hazırda xalq artistinin vəziyyəti stabildir.
 
Maya xanım bacısının ümumi reanimasiya şöbəsindən iki nəfərlik reanimasiya otağına köçürüldüyünü deyir: “Sağ olsun həkimlər, nə lazımdırsa edirlər. Bacım yavaş-yavaş yaxşılaşsa da, yüksək təzyiq problemi təhlükəsi hər an ola bilər. Həyəcan, əsəb, stress qətiyyən olmaz. Həkimlər çox danışmağa icazə vermirlər”.
 
Evsiz xalq artisti son zamanlar rəfiqəsi jurnalist Sədaqət Kamalın evində yaşayırdı. Təcili Tibbi Yardım xidməti aktrisanı məhz jurnalistin evindən xəstəxanaya aparmışdı.
 
“Xəstəxanadan çıxandan sonra ya mən, ya da Sevil bacım öz evimizə aparacağıq. Bacısıyıq, qulluğunda durmalıyıq”.
 
Xatırladaq ki, xalq artisti Nuriyyə Əhmədova 23 yanvara keçən gecə saat 03 radələrində beyin-qan dövranı pozğunluğu diaqnozu ilə Əjdər Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 
 
Aktrisanın rəfiqəsi, jurnalist Sədaqət Kamal Nuriyyə Əhmədovanın vəziyyətinin gecə saat 3 radələrində pisləşdiyini bildirib: “Gecə saat 3-də nəvəsi (dünyasını dəyişmiş qızının oğlu) qışqırıb məni çağırdı. Otağa girəndə gördüm ki, Nuriyyə yıxılıb yerə. Tez təcili tibbi yardım çağırdıq. Həkimlər yüksək təzyiq diaqnozu qoydular və təcili xəstəxanaya apardılar. Dəqiq deyə bilmərəm, deyəsən, insult keçirib. Bir müddətdən sonra mənə zəng vurub Məlikov xəstəxanasına apardıqlarını bildirdilər”.
 
Aktrisanın həkimi Fərəh Vəliyeva xalq artistinin yüksək qan təzyiqi ilə xəstəxanaya yerləşdirildiyini bildirib: “Xəstədə hipertonik işemik həmlə olub keçib. Xəstə qəbul ediləndə loru dillə desək, insult öncəsi vəziyyət müşahidə edildiyindən dərhal reanimasiyaya yerləşdirilib. Xəstənin vəziyyətinə uyğun olaraq bütün müayinələrdən keçirdik. 
 
Nevropotoloq MRT müayinəsi təyin etdi və bu müayinənin nəticəsi Nuriyyə xanımın insult keçirmədiyini göstərdi. Analizlərinin cavabı da ciddi patologiyanın olmadığını görürük. Vaxtında kömək göstərildiyindən insultun qarşısı alınıb. Hazırda vəziyyəti stabil olsa da, reanimasiyadadır”.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.