İranda diş həkimidir, gəlib Bakıda ginekoloq işləyir.
Gün.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev sözügedən komitənin yanvarın 28-də keçirilən iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklərin müzakirəsi zaman deyib.
O, qeyd edib ki, xarici ölkələrdən Azərbaycana işləmək üçün gələn həkimlər üçün qaydalar sərtləşdirilməlidir:
“Azərbaycanın artıq kifayət qədər həkim kadrları formalaşıb ki, əhaliyə xidmət göstərsin. Ona görə Dövlət Miqrasiya Xidməti bu işlə ciddi məşğul olmalıdır, Səhiyyə Nazirliyi lisenziyaların şərtlərini sərtləşdirməlidir və xaricdən o adamlar Azərbaycana gəlməlidir ki, o ixtisaslara bizdə ehtiyac var”.
Bu baxımdan, M.Quliyev qanuna edilən dəyişikliklərin vacib olduğunu vurğulayıb.
“Tez-tez reydlər keçirilməlidir ki, həkimlər lisenziyalarında göstərilən xidmətlərdən kənara çıxmasınlar”-deyə, o, sözlərinə əlavə edib.
Qeyd edək ki, qanununa təkil edilən dəyişikkliyə əsasən, Azərbaycanda tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb sahəsində onlara verilmuiş xüsusi razılıqda (lisenziyada) göstərilmiş işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilimir.
Həmçinin, qanuna edilən digər dəyişikliyə əsasən, tibb müəssisələrində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisələrinə və ya şəxsin istəyinə uyğun olaraq özəl tibb müəssisəsinə göndərilir.