İslamazeri.az-a istinadən xəbər verir ki, kürd silahlıları Türkiyə-Suriya sərhədindəki Kobani şəhərinə nəzarəti tamamilə ələ keçirib.
YPG-nin mətbuat nümayəndələri yanvarın 26-sı mediaya verdiyi açıqlamada “şəhərdəki hakimiyyət qüvvələrimiz tərəfindən nəzarətə keçirilib və şəhərin cənubundakı kəndlərdə də irəliləmələr davam edir”, - deyə bildirib.
Bu gün isə Suriya İnsan Haqları Müşahidə Korpusunun direktoru Rami Abdel Rəhman Kobani barədə belə açıqlama verib:
“YPG silahlıları İŞİD-i Kobanidən çıxartdı və ümumi nəzarəti ələ keçirtdi. Kürdlər Kobaninin şərqindəki məhəllələrdə İŞİD əsgərlərini təqib edir, lakin qarşıdurmalara girilməyib”.
Kobaninin azad edilmə xəbərindən sonra, İraqın Kürdüstan bölgəsinə başçılıq edən Məsud Bərzani təbrik mesajı göndərib:
“Bu qələbə bütün Kürdüstan xalqının qələbəsidir. İnsanlığın terror vəhşiliyinə qarşı qələbəsidir. Kobanidə müqavimət göstərən döyüşçüləri və onlara dəstək olan qəhrəman peşmərgə qardaşlarımın bu mövqeyini yüksək qiymətləndirir, hamısının əllərindən və gözlərindən öpürəm”.
Qeyd edək ki, Suriyanın Kobani şəhəri 6 aydan çox idi ki, İŞİD terrorçularının əlində idi.