Martın 13-də Moskvada MDB-nin iştirakçısı olan ölkələrin Beynəlxalq İqtisadi Forumu keçiriləcək
26 yanvar, 2015 22:49
Forumda MDB İqtisadi Şurasının üzvlərinin, iştirakçı ölkələrin iqtisadi inkişaf, sənaye və ticarət nazirliklərinin rəhbər işçilərinin, hakimiyyət orqanlarının, ticarət-sənaye palatalarının, sahə birliklərinin və bank cəmiyyətlərinin nümayəndələrinin iştirakı gözlənilir.
Forumun əsas məqsədi iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinin perspektivlərini və mexanizmlərini müzakirə etməkdir. Burada Azad Ticarət Zonası, nəqliyyat dəhlizlərinin inkişafı, enerji səmərəliliyinin və enerjiyə qənaətin artırılması, Birlik məkanında qarşılıqlı maliyyə-bank fəaliyyəti haqqında Müqavilənin həyata keçirilməsi məsələləri nəzərdən keçiriləcək, innovasiya layihələri təqdim olunacaq.